XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2020 - 19:32

Naftalanda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib –DİN

Naftalanda  yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər  sakini Niyaz Həsənovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi və koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratması  müəyyən edilib. Polis əməkdaşları dərhal onun yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Fakla bağlı ŞPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.