XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 10:13

Zərifdən Türkiyəyə dəstək:"Sanksiyaları şiddətlə qınayırıq"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə əleyhinə sanksiyaları qınayıb.

Strateq.az xəbər verir ki, Zərif “Tvitter”dəki şəxsi hesabında yazıb:

“ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa hörmətsizlik yenidən tam şəkildə özünü göstərib.

ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını şiddətlə qınayırıq, Türkiyə xalqı və hökuməti ilə bir yerdəyik”.

ABŞ-ın Türkiyə əleyhinə sanksiyaları Rusiyadan S-400 hava hücumundan müdafiə sisteminin alışı ilə bağlıdır və “qara siyahı”ya 4 türkiyəli səlahiyyətli daxil edilib.