XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 16:24

“Koronavirusdan evdə özünü müalicə ilə əlaqədar ağırlaşma halları çoxdur” –TƏBİB

“KİV nümayəndələrinə müraciət edirik ki, neqativ hallarla qarşılaşanda bizim qurumlarla əlaqə saxlasınlar”.

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, evdə koronavirusdan özünü müalicə ilə əlaqədar ağırlaşma halları çoxdur: “Ümumilikdə bu prosesi idarə edə bilirik. Həmkarlarımız bu gün mübarizə aparmaqdadır. Paralel olaraq digər xəstəliklər qalmaqdadır. Qazilərimizin də müalicəsi xəstəxanalarda davam etdirilir. Buna görə də hər birimiz özümüzü qorumalıyıq”. (apa)