XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 16:35

“Çində hazırlanan vaksin daha təhlükəsizdir” –İnstitut direktoru

“Çində olan “CoronaVac” vaksinini hazırlayan şirkət uzun illərdir bu istiqamətdə çalışır”.

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

O bildirib ki, bu vaksin əsasən immun sisteminə təsir edərək antiteli yaratmağı hədəfləyir: ”Aparılmış araşdırmalar sona çatmaqdadır. Vaksinin 95-97% civarında effektiv olması qənaətinə gəlinir. Üçüncü faza olaraq tədqiqatlarda Türkiyə də iştirak edir. Bu vaksin minlərlə insana verilir və təsiri yoxlanılır. Vaksinin təsirləri bu gün ümidvericidir. İnaktiv vaksinlərin hazırlanmasında Çin önə keçdi və daha tez bazara çıxaracaq. Türkiyədə də koronavirusa qarşı vaksin hazırlığında ikinci fazaya keçiblər. Digər vaksinlər ənənəvi deyil, yenidir. Ona görə də Çində hazırlanan vaksin daha təhlükəsizdir. Bu vaksinin neçə ay təsir edəcəyini sonra açıqlayacaqlar”. (apa)