XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 18:32

Təhsil müəssisələrinin yeni akkreditasiya qaydaları bəlli oldu –Detallar

Nazirlər Kabineti “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Strateq.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, yeni redaksiyada təsdiq edilmiş Qaydaların tətbiqi zamanı tələb olunan məlumatların ilkin mənbədən əldə edilməsinin təmin olunması məqsədilə aşağıdakı dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri “Elektron hökumət” portalı üzərindən Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə sorğularının cavablandırılması qaydasında inteqrasiya ediləcək:

Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət İmtahan Mərkəzi.

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir ay müddətində “Elektron hökumət” portalı vasitəsilə qeyd olunan dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını təmin etməlidir.

Həmçinin Təhsil Nazirliyi təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarlarını təsdiq etməlidir.