XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 17:23

“COVİD-19 üçün tövsiyə etdiyimiz spesifik bir dərman yoxdur”- ÜST-ün Azərbaycandakı nümayəndəsi

“Hazırda Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 xəstəliyi üçün tövsiyə etdiyi spesifik bir dərman yoxdur”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O deyib ki, tövsiyə edilən dərmanların demək olar ki, hamısı simptomatik müalicə üçün lazımlıdır. Yəni məsələn, temperatur varsa, onun azaldılması, öskürək olanda bununla bağlı, ağrılar olanda ağrıksici kimi dərmanlar istifadə olunur. Amma bu virusu öldürən və yoluxan şəxsi sağaldacaq konkret bir dərman yoxdur. Virus zamanı istifadə edilən dərmanların hazırda az olub-olmamağı barədə məlumatım yoxdur”.

Hande Harmancı qeyd edib ki, orqanizmə əlavə mikroblar, bakteriyalar da düşürsə, bu zaman müxtəlif antibiotiklərin istifadəsi lazım olur. Amma bununla bağlı hamının gedib həkim məsləhəti olmadan aptekdən antibiotik alıb istifadə etməsi düzgün deyil: “COVİD virusu bitəcək, elə bilirik ki, bitməyəcək, amma keçəcək. Dünyada indiyə qədər də bir çox pandemiyalar olub, amma bunun üçün lazım olmayan antibiotiklərin istifadə edilməməsi çox vacibdir”.