XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 16:14

Azərbaycanda COVID-19-a qarşı ilk kimlər vaksinasiya olunacaq? –Açıqlama

Azərbaycanda ilkin olaraq koronavirusa qarşı vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb.

Bu barədə Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev məlumat verib.

O bildirib ki, ilk olaraq tibb sahəsində çalışanlar vaksinasiya olunacaq: “Çünki onlar onlarla infeksiya ilə üzbəüzdürlər. Onların bu xəstəliyə yoluxma riskləri olduqca böyükdür. Daha sonra isə yaşı 65-dən çox olan şəxslər vaksinasiya olunacaq. Eyni zamanda müxtəlif xəstəliyi olan şəxslər də vaksinasiya ediləcək”.

O həmçinin qeyd edib ki, hamiləliyin bəlli bir müddətindən sonra hamilə qadınlar da vaksinasiya oluna bilər.