XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 13:58

Ermənistan hökuməti:"Paşinyan dekabrın 31-də istefa verməyəcək"

Ermənistanın Nazirlər Kabineti Baş nazir Nikol Paşinyanın guya dekabrın 31-də istefa verəcəyinə dair mediada yayılan xəbərlərə münasibət bildirib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, Ermənistan hökuməti yayılan xəbərləri təkzib edib.

Qeyd edək ki, Ermənistan mediasında N. Paşinyanın dekabrın 31-də istefa verəcəyini açıqlayacağına dair xəbərlər yayılıb. Bildirilib ki, Baş nazir istefa qərarını Yeni il bayramı ilə bağlı müraciətində açıqlayacaq/APA.