XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 17:26

Putin:“Rusiyanın Qarabağla bağlı mövqeyi münaqişənin qan tökülmədən həllindən ibarət olub”

Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi münaqişənin qan tökülmədən həllindən ibarət olub.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında bildirib.

Rusiya, Ermənistan və Azərbaycan arasında 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın əsas nəticə etibarilə Dağlıq Qarabağda qan tökülməsinin qarşısını aldığını vurğulayan V. Putin deyib ki, digər məsələlər ikinci dərəcəlidir: “İnsanların sağlamlığının və həyatının qorunması ən başlıca məsələ idi ki, biz bunu həll etdik”.

Rusiya Prezidenti Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsindən sonra Hadrut qəsəbəsində erməni və azərbaycanlı hərbçilər arasında baş vermiş toqquşmaya da münasibət bildirib. O, baş vermiş toqquşmanın hərbi əməliyyatlardan sonra yeganə eskalasiya olacağına əminliyini ifadə edib/APA