XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 22:28

Ermənistan ordusuna konkret vaxt verildi:"Bu ərazilər Azərbaycanın nəzarəti altına qayıdacaq"

Sabah saat 17:00-a qədər Sünik bölgəsinin Qafan şəhəri istiqamətində mövqelərdən Ermənistan ordusu geri çəkiləcək və bu ərazilər Azərbaycanın nəzarəti altına qayıdacaq.

Bu barədə Qafan şəhər bələdiyyəsinin rəhbəri Gevorq Parsyan bildirib.

Bələdiyyə sədri bildirib ki, belə bir əmri Ermənistanın müdafiə naziri verib.

Bu addıma etiraz edən, işğal altındakı qalan ərazilərin onlara məxsus olduğunu həyasızcasına iddia edən bələdiyyə sədri deyib ki, bu addım Qafanın müdafiəsiz qalması demək olacaq: “Bu haqda bir aydır danışıram. Qafanın nümayəndələri mövqeləri təslim etməyə dair müzakirələrdə iştirak etməyib. İndi rus sülhməramlıların Qafanda yerləşdirilməsi haqda danışılır. Məndə olan məlumata görə, əsas missiya yol təhlükəsizliyini təmin etmək olacaq”.

Erməni həyasızcasına bildirib ki, mövcud mövqelərdən geri çəkilmə həm də onlarla kəndin mühasirəyə düşməsi deməkdir.

O, Azərbaycanın erməni yaşayış məntəqələrindən bir neçə kilometr məsafədə olacağını söyləyib/Teleqraf.com.