Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusa yoluxub.
Strateq.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa sosial şəbəkədıki səhifəsində məlumat paylaşıb.
O bildirib ki, hakimin vəziyyəti ağırdır: “Qrup yoldaşımız və dostumuz, Ali Məhkəmənin hakimi İnqilab Nəsirov iki həftədir ki, xəstəxanada koronavirus yoluxmasından müalicə alır və sağlıq durumu çox ağırdır. Dualarımız onunladır və ümid edirik ki, Allahın mərhəməti üzərində olacaqdır”.