XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 12:05

Ötən gün 33 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb –DİN

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət gücləndirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 17-də respublikamızın ərazisində 33 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, onlardan 29 nəfər evə qaytarılıb, 4 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib. 22 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.