XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 13:17

“Azərbaycanın Avropaya tomat ixracı üçün böyük potensialı var” –Yankauskas

“Azərbaycanın Avropa İttifaqına (Aİ) ixracı karbohidrogenlərlə bitmir, Avropaya meşə fındığı və tomat tədarükünün böyük potensialı var”.

Bunu “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində Virtual Sahibkarlıq Yarmarkasının açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib.

“Azərbaycan tomatlarına fikir verin. Onlara hələ Aİ-də yoxdur. Niyə də bu məhsulun ixracına başlanılmasın?”, – səfir bildirib.

Yankauskas əlavə edib ki, digər bazarların volatil olduğu halda, Azərbaycanın qarşısında Aİ kimi yeni dayanıqlı ixrac bazarlar açılır. (apa)