XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 17:14

“Tələb edirik ki, uşaqlarımız geri qaytarılsın” –Etirazçılar İrəvan-Gümrü yolunu bağladılar

Ermənistanda hökumətə qarşı etiraz aksiyaları davam edir. Siyasi müxalifətlə yanaşı döyüşlərdə itkin düşmüş erməni hərbçilərinin yaxınları da hökumətdən izahat tələb edirlər.

Erməni mətbuatı xəbər verir ki, bu gün Şirak bölgəsinin sakinləri İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar.

“Üç aydır ki, övladım haqqında heç bir məlumatım yoxdur. Tələb edirik ki, uşaqlarımız geri qaytarılsın. İndi bütün valideynlər bir nəfər kimi bunu tələb edir. Ölkə liderləri həmişə olduğu kimi kefdə-damaqdadırlar və övladlarımızı düşünmürlər” -deyə etirazçılardan biri deyib. (AzPolitika.info)