XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Dekabr 2020 - 11:34

Cəlilabadda dəfn mərasimində iştirak edən COVİD-19 xəstəsi barədə cinayət işi başlanıb –DİN

Cəlilabad rayonunda dəfn mərasimində iştirak edən COVİD-19 daşıyıcısı barədə cinayət işi başlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilən, buna baxmayaraq, yaşayış yerini tərk edən daha bir aktiv koronavirus xəstəsi müəyyən edilib.

Cəlilabad şəhər sakini E. Verdiyevin COVID-19 virusunun daşıyıcısı olduğunu bildiyi halda tanışının dəfn mərasimində iştirak etdiyi məlum olub. Karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etməmək barədə dəfələrlə edilən xəbərdarlıqlara riayət etməyən, bununla da virusun daha çox yayılmasına şərait yaradan həmin şəxsin bu əməli polis əməkdaşları tərəfindən aşkarlanıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Verdiyev barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.