XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Dekabr 2020 - 16:05

“Bu günə kimi Qarabağda bir dənə də olsun ciddi insidentin baş verməsinə icazə verilməyib” –Şoyqu

Noyabrın 10-da əldə olunan üçtərəfli razılığa müvafiq olaraq Rusiya hərbi kontingenti tərəfindən Dağlıq Qarabağ ərazisində uğurla sülhməramlı əməliyyatı həyata keçirilir.

Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinin rəhbərliyi altında keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, qısa müddət ərzində Rusiya qoşunları təyin olunmuş rayonlarda yerləşdiriliblər və 23 müşahidə postunda öz vəzifələrinin icrasına başlayıblar: “Bu günə kimi bir dənə də olsun ciddi insidentin baş verməsinə icazə verilməyib. Laçın dəhlizi ilə mülki nəqliyyatın təhlükəsiz hərəkəti açıq dəstəklənir. Rusiya sülhməramlılarının rəhbərliyi ilə Azərbaycan və Ermənistan tərəfləri arasında “hamının hamıya” prinsipi əsasında hərbi əsirlərin mübadiləsi baş tutub. Eləcə də həlak olanların meyitlərinin mübadiləsi olub”.

Nazir qeyd edib ki, dinc sakinlər tam təhlükəsiz şəraitdə yaşadıqları rayonlara qayıdırlar və evlərini bərpa edirlər: “Onlara rusiyalı hərbçilər kömək edirlər. Noyabrın 14-dən rusiyalı sülhməramlılar 42 mindən çox qaçqının qayıtmasını təmin edib. Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi həyata keçirilir. Ümumilikdə 6 mindən çox partlayıcı predmet zərərsizləşdirilib. Rusiyalı sülhməramlılarının yerləşdirilməsi üçün Xankəndində 330 nəfərlik iki müasir modul tipli şəhərcik qurulub. Gələn ilin 1 aprel tarixinədək 32 şəhərcik quracağıq. Nəticədə sülhməramlıların xidmət aparmaları və məişəti üçün komfort şərait yaradılacaq”. (apa)