XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

21 Dekabr 2020 - 20:11

“Obyektiv imtahanın təşkili müəyyən müddət alacaq” –Təhsil Nazirliyi

“İstənilən onlayn sistemdə obyektivliyin təmin edilməsi şagirddən və valideyndən çox asılıdır. Sistem elə təkmilləşməlidir ki, orada əlavə təsirlər olmasın, amma düşünürəm ki, obyektiv imtahanın təşkili müəyyən müddət alacaq”.

Bunu “Virtual məktəb”də milli qiymətləndirmənin nəticələri barədə məlumat verən Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə bildirib. O, valideynlərdən xahiş edib ki, şagirdlərin dürüst insan kimi formalaşması üçün belə məsələlərin rolu böyükdür, ona görə onlar müdaxilə etməməlidir: “Övladları görəndə ona heç kim kömək etmir, bu, şagirdə də müsbət təsir edəcək və növbəti imtahanlarda bu işi görməkdən əl çəkəcək. Qiymətləndirmənin hansı səviyyədə olmasının fərqi yoxdur, valideynin kömək etməsi şagirdlərin şəxsiyyət kimi formalaşmasına da, real nəticələri bilməyəndə də mənfi təsir göstərər”.

A.Mirzəzadə onu da deyib ki, 2020-2021-ci tədris ilində mövcud reallıq nəzərə alnıranaq məktəbdaxili qiymətləndirmə üçün Təhsil Nazirliyinin Kollegiya qərarının layihəsi hazırlanıb. Onun sözlərinə görə, hazırda layihə sənəd üzərində təklif və rəylər toplanılır: “Yekun sənəd formalaşanda və təsdiqlənəndə imtahanın onlayn təşkil edilib-edilməməsi və vaxtı barədə ictimaiyyətə məlumat veriləcək”.