XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

21 Dekabr 2020 - 18:08

“Azərbaycana qarşı döyüşdə öldürülən və Suriyada dəfn olunan onlarla muzdlu haqqında danılmaz məlumatlar yayılıb” –Ombudsman

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili – Ombudsman “Twitter” hesabında Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşən və öldürülən muzdlularla bağlı paylaşım edib.

Ombudsman paylaşımda Azərbaycana qarşı döyüşmək üçün Ermənistan tərəfindən muzdluların cəlb olunması məsələsinin dəfələrlə qaldırıldığını xatırladıb.

“Sosial mediada Azərbaycana qarşı döyüşlər zamanı öldürülən, daha sonra Suriyada dəfn olunan onlarla döyüşçü haqqında danılmaz məlumatlar yayılıb”, – deyə paylaşımda qeyd edilib.