XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

21 Dekabr 2020 - 17:26

Mehmet Perinçek:“Astana prosesi Qarabağ münaqişəsinin həllinə də tətbiq olunub”

“ABŞ sanksiyalarına qarşı Türkiyə və İranın, hətta Rusiyanın da mənafeləri ortaqdır”.

Strateq.az “Tehran Times”-a istinadla xəbər verir ki, bunu türkiyəli analitik Mehmet Perinçek bildirib.

“Astana prosesi bu baxımdan çox uğurlu bir nümunədir. O yalnız Suriyaya deyil, digər regional problemlərə də tətbiq oluna bilər”, – deyə Perinçek əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar onun zəifliyinə dəlalət edir. “Birləşmiş Ştatların bölgədəki bütün planları uğursuzluqla nəticələnib. Azərbaycan, arxasında Soros və qlobalistlərin dayandığı Ermənistan üzərində qələbə qazanmaqla, ABŞ-ın Cənubi Qafqazdakı planlarını pozub. Türkiyə, İran və Rusiyanın qurduğu Astana prosesi, Vaşinqtonun Suriyadakı layihəsini sona çatdırıb. ABŞ-ın ortaqları olan separatçı və sələfi terrorizmə ölümcül zərbə vurulub.

“Böyük Yaxın Şərq” layihəsinin artıq reallaşma şansı yoxdur. Atlantik cəbhəsi Şimali Afrika və Şərqi Aralıq dənizində də itirə-itirə gedir. Buna görə də, çaxnaşma içindədir və Birləşmiş Ştatlar bu vəziyyəti ləğv etmək üçün sanksiyalar tətbiq edir. Ancaq faydasızdır. Çünki Qərb mütəxəssisləri də indi iqtisadiyyatın Atlantik məkandan Avrasiyaya doğru getdiyini qəbul edirlər. “Atlantik əsri” hər mənada bitir. ABŞ-ın tarixin axarını dəyişdirmək şansı yoxdur”.

Mehmet Perinçekin fikrincə, Astana prosesi çox uğurlu bir nümunədir. O yalnız Suriya məsələsində deyil, Qarabağ münaqişəsi də daxil olmaqla, hər bir regional problemə tətbiq oluna bilər. “Bu baxımdan, bu yaxınlarda Türkiyə və Azərbaycan prezidentləri Tayyib Ərdoğan və İlham Əliyevin irəli sürdüyü Cənubi Qafqaz üçün altılıq platforma (Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan) təklifi çox vacibdir. Xaosa son qoyacaq düstur budur: imperialist Qərb dövlətlərinin bölgəyə müdaxiləsinin qarşısını almaq və bölgə ölkələrinin təşəbbüsünü inkişaf etdirmək”.