XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Dekabr 2020 - 23:59

“Dərs vaxtı”nın sabaha olan qrafiki açıqlandı –Cədvəl

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 22-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.