XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 11:43

Deputat MM-də:"Koronavirus testlərinin qiyməti aşağı salınmalıdır"

“Milli Məclisdə cəmiyyət tərəfindən qəbul edilən həkim deputatlar var. Cəmiyyətdə koronavirus xəstələrinə dərmanların bir xəstəyə yox, digərinə verilməsi, testlərin qiyməti və s. kimi məsələlərlə bağlı suallar var. Hesab edirəm ki, bununla bağlı parlamentdə dinləmələr keçirilsə daha yaxşı olar”.

Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirus testlərinin qiyməti aşağı salınmalıdır.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Milli Məclisdə bununla bağlı iki dəfə dinləmə keçirilib: “Əgər bununla bağlı ehtiyac olsa, biz bu dinləməni keçirə bilərik”/Report.