XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 13:02

Müdafiə Nazirliyi:"Türkiyəli hərbi istehkamçılar məşqlərə başlayıb" - VİDEO

Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirir.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqdan və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını icra edir: “Hazırlıq prosesi bitdikdən sonra türkiyəli mütəxəssislər azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesinə cəlb olunacaq”.