XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 16:39

Azərbaycanda koronavirusdan ölən 12 nəfərin meyiti dəyişik düşüb? –TƏBİB-dən açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı iddialara münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış deyib ki, TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicə ilə məşğul olur.

O qeyd edib ki, xəstənin xəstəxanada dünyasının dəyişməsi hallarında meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilir: “Sözügedən quruma isə TƏBİB nəzarət etmir”/Report.