XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2015 - 11:13

Nazirlik reyd keçirdi, iki sahibkar cəzalandırıldı

iqtisadi-ink-nazir.jpg

İqtisadiyyat və Sənaye Nazirliyi Xırdalan şəhərində yerləşən iki iri marketi cərimələyib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsində verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında Fəhrad Əzizova məxsus “Mono”, eləcə də Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 54 ünvanında “Azeri Retail” MMC-yə məxsus “Fresco” marketlərdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaradılaraq əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.