XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 21:15

Rusiya Müdafiə Nazirliyi:"Qarabağda itkin düşən daha 2 erməni əsgər tapılıb"

Rusiya sülhməramlıları itkin düşmüş hesab edilən iki nəfər Ermənistan vətəndaşını tapıb.

TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.

O, dekabrın 21-də Hadrut yaxınlığında tapılan iki nəfər Ermənistan vətəndaşını axtarış tədbirlərində iştirak edən Azərbaycan tərəfi ilə razılaşdırmaqla Ermənistana təhvil verildiyini bildirib.

Rusiya rəsmisi indiyədək itkin düşmüş şəxslərlə bağlı yaradılmış “qaynar xətt”ə 528 müraciətin daxil olduğunu da açıqlayıb/Report.