XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 00:00

Ramin Bayramlı vaksinlərdən danışdı, bəzi həkimləri qınadı:"Protokola uyğun olmayan müalicə yazırlar”

“Təəssüf ki, bəzi həmkarlarımız evdə müalicə alan koronaviruslu xəstələrə özlərindən, yəni heç bir protokola uyğun olmayan müalicə yazırlar”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.

TƏBİB sədri bildirib ki, onlar ilk gündən xəstələrə təhlükəli stereoidlər adlandırdığımız hormonal preparatlar, antibakterial antibiotiklər təyin edirlər:

“Belə xəstələr də sonradan ağırlaşmış formada bizə müraciət edirlər. Vətəndaşlara müraciət edirəm ki, evdə müalicəyə mütləq sahə həkimlərinin nəzarəti altında başlasınlar. Özünü müalicə hallarından isə qaçmaq lazımdır”.

Ramin Bayramlı onu da deyib ki, vaksinlərin ölkəmizə gətirilməsində iki istiqamət müəyyən edilib: “Onlardan biri çoxtərəfli platformadır. GAVİ (Qlobal vaksinasiya və immunizasiya) adlanan alyans mövcuddur. Həmin alyans bu il təxminən may ayında COVAX adlı təsisat yaradıb. Bu təsisatın əsas məqsədi ondan ibarətdir ki, dünyanın bütün ölkələrində vaksinlər ədalətli paylansın”.

O bildirib ki, Azərbaycan da özünü maliyyələşdirən ölkələr qrupunda buraya daxil olub və geniş müzakirələrdən sonra COVAX təsisatına qoşulub:

“Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun ictimaiyyətə nəzarət şurasının toplantısında da məruzə etmişik və şura üzvlərinin rəyi ilə ilkin ödənişlər olunub. COVAX təsisatı çərçivəsində Azərbaycana gələn il vaksinlərin təklif olunacağını gözləyirik. Bu təsisat çərçivəsində vaksini əldə edən ilk ölkələrdən biri olacağıq”.

TƏBİB sədri əlavə edib ki, bu gün təxminən 30-a yaxın vaksin tədqiqatçısının 7-8 vaksini ön plana çıxıb:

“Onlardan da 5-i daha ön plana çıxıb və 3-cü klinik faza mərhələsinə daxil olub. Biz də bu tədqiqatçıların təmsil olunduğu şirkətlərlə daim ünsiyyətdəyik və ikitərəfli danışıqlarımız gedir. Vaksinlərin əldə olunması növbəti ilin yanvar ayında gözlənilir. Dəqiq tarix məlum olan kimi ictimaiyyətə açıqlanacaq. Burada bizim üçün ən vacib meyar təhlükəsizlik meyarıdır”/Report.