XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 13:23

Sahil Babayev:“Yaxın günlərdə 600 min insana 190 manat ödənişləri olacaq”

“Cənab Prezidentin islahatlar proqramının bir hissəsi də məşğulluq xidmətlərinin genişləndirilməsi, şəffalığın və korrupsiyanın qarşısının alınması olub. Hazırda da bu istiqamətdə işlər görülür”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, cari ildə karantin tətbiq edilən ərazilərdə işini itirən şəxslərə 190 manat məbləğində ödəmələr edilib:

“Yaxın günlərdə də təkrar 600 min insana 190 manat məbləğində ödənişlər olunacaq”.