XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 15:12

“Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı baxımından müsbət oldu”- Ruhani

“Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı baxımından müsbət oldu”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

“Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı üçün müsbət oldu. Bu, ilk növbədə “Xudafərin” su bəndi ilə bağlı yekun razılığa gələ bilməyimiz baxımından səmərəli oldu ki, artıq həm elektrik enerjisindən, həm də Araz çayının su ehtiyatlarından daha sərbəst istifadə edə bilərik. Sözügedən bənd 120 min hektar ərazimizi su ilə təmin edə bilər, bu da mühüm addımdır”, – deyə İran Prezidenti vurğulayıb.