XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 16:43

Müdafiə Nazirliyindən əsgər valideynlərinə- MÜRACİƏT

Müdafiə Nazirliyi hərbi qulluqçuların valideynləri və yaxınlarına müraciət edib.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

“Müdafiə Nazirliyi hərbi qulluqçuların valideynləri və yaxınlarına müraciət edərək bir daha bildirir ki, onları narahat edən məsələlərlə bağlı müraciətlərini sosial şəbəkələr vasitəsilə deyil, daha operativ həll olunması üçün nazirliyin sutka ərzində fasiləsiz fəaliyyət göstərən (012) 912, (012) 538-61-31, (012) 404-76-34 telefon nömrələri vasitəsilə bildirsinlər”, nazirlikdən bildirilib.