XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 17:43

Ərdoğan:"Dağlıq Qarabağda son dərəcə çətin məsələlərlə üzləşdik"

“Şərqi Aralıq dənizindən Liviyaya, Suriyadan Dağlıq Qarabağa uzanan coğrafiyada son dərəcə çətin məsələlərlə üzləşdik. Qarşılaşdığımız təhdidlərin böyüklüyünə baxmayaraq, qardaşlarımızın şərəfini, ölkəmizin mənfəətlərini, əziz millətimizin haqq və hüququnu heç kəsə çeynətmərik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Türkiyənin maraqlarını müdafiə etmək üçün lazım olanda bədəlini ödədik, çətinlik çəkdik, ancaq zalımlar qarşısında əsla baş əymədik. Bu gün Türkiyə deyiləndə ağla ilk olaraq insanlıq, ədalət, heysiyyətli xarici siyasət gəlir. Ölkəmiz prinsipal, qərarlı və vicdanlı siyasəti ilə Afrikadan Asiyayadək bütün məzlum və günahsızlara ümid verir. Ay-ulduzlu al bayrağımız millətimizin bütün dünyada zülmə qarşı dik duruşunu təmsil edir”, – o qeyd edib.