XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2016 - 17:52

“Allah Rusiyanı da zamanı gələndə cəzalandıracaq” –Patriarx

filaret-patriarx-ukrayna

"Hitler də cinayətkar, aqressor idi, amma Allah bu aqressorun SSRİ-nin təxminən üçdə birini tutmasına imkan verdi".

Bunu Ukrayna mətbuatına açıqlamasında Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığının rəhbəri Filaret söyləyib. Onun sözlərinə görə, Allah özü Rusiyanı cəzalandıracaq:

“Allah həmçinin yəhudi xalqının Babilə əsir düşməsinə göz yummuşdu. Suryanlar yəhudiləri Allahdan imtina edib, bütlərə etiqad edəndə fəth etdilər. Allah həmçinin Hitlerə bizim xalqlara ağır əziyyətlər verməsinə icazə verdi, amma insanlar tövbə etməyə başlayanda Hitlerə qalib gəlməyə kömək etdi. Eynən indi də Allah aqressorun Krıma girməsinə izn verib. Krımda insanlar indi Ukraynanın tərkibində yaşadıqlarından daha pis yaşayırlar. Allah Rusiyanın Donbasa girməsinə də göz yumdu. İndi aqressor burada insanları öldürür. Bütün dünya şahiddir ki, Rusiyadan necə dəhşətli silahlar gətirilərək insanlar məhv edilir. Amma bu aqressoru da Allah Almaniya kimi cəzalandıracaq. Hitler özü-özünü öldürdü, Almaniya parçalandı, İkinci Dünya Müharibəsinin qurtarmasından sonra xeyli əziyyətlər çəkdi. Allah Rusiyanı da zamanı gələndə cəzalandıracaq. Ona görə ki, günah heç vaxt cəzasız qala bilməz”. 

Axar.az