XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 13:14

Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Vladimir Putin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, əməkdaşlığımızın gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

***

Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Məlumatı Kremlin Mətbuat Xidməti yayıb.

“Telefon danışığı zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi səmimi-qəlbdən təbrik edib”, – məlumatda bildirilib.

V.Putin eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu göndərib.