XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 15:39

Mingəçevirdə koronaviruslu xəstə karantin postunda saxlanılıb –DİN

Mingəçevirdə koronaviruslu xəstə karantin postunda saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin  mətbuat xidmətinin Şəki regional qrupundan bildilib.

Verilən məlumata görə, Oğuz rayon sakini N.Həsənov yaşadığı rayondan gələrək Mingəçevir şəhərinə daxil olmaq istəyərkən karantin postunda Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.

N.Həsənov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.