XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 14:13

Gürcüstanda iki azərbaycanlı güllələnib –FOTO

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli bələdiyyəsinin Rəsulzadə küçəsində 2 etnik azərbaycanlı güllələnib.

Hər iki şəxs orta yaşlı kişidir və onlar hüzr yerindən qayıdarkən yolda naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələniblər.

Yaralanan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub, faktla bağlı araşdırma aparılır. (apa)