XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 14:46

Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt müəyyənləşib –Nazirlər Kabineti

Nazirlər Kabineti  “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi raqqında” 2010-cu il 23 aprel tarixli 76 nömrəli və “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili  Qaydaları”nın  təsdiq  edilməsi  haqqında”  2010-cu  il  24 iyun tarixli 117 nömrəli qərarlarında dəyişiklik edib. 

“Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”na edilən dəyişikliyə əsasən, 2019/2020-ci tədris ilində buraxılış kurslarında təhsil almış, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari və aralıq attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməmiş qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun dövlət attestasiyasından keçmiş hesab olunacaq.

“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na edilən dəyişikliyə əsasən, 2019/2020-ci tədris ilində buraxılış kurslarında təhsil almış, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari və aralıq attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməmiş qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348  nömrəli  Qərarı ilə  təsdiq  edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində  kredit  sistemi  ilə tədrisin təşkili  Qaydaları”na  əsasən  müəyyən  edilmiş  Ümumi  Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun dövlət attestasiyasından keçmiş hesab olunacaq.

Bu Qərar 2021-ci il yanvarın 31-dək qüvvədədir.