XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 17:27

Dövlət başçısı:“Xaricdə yaşayan ermənilər cinayət törədiblər”

“Qubadlının Xanlıq kəndi. Xanlıq kəndi uğrunda şiddətli döyüşlər gedirdi. Ermənilər bizim bu tarixi, qədim kəndimizə eybəcər ad veriblər”.

Bunu dekabrın 23-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Qubadlı rayonuna səfəri zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, Xanlıq kəndi Qubadlı rayonunun ərazisində yerləşir: “Biz indi Qubadlı rayonunun ərazisindəyik. Ermənilər Xanlıq kəndində özləri üçün hərbi istehkam, hərbi baza qurmuşdular. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Baxın, xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb.

Xaricdə yaşayan ermənilər cinayət törədiblər. Xaricdən erməniləri gətirib bizim torpaqlarımızda məskunlaşdırıblar. Xanlıq qəsəbəsində azərbaycanlıların evlərini söküb sonra ermənilər üçün evlər tikiblər. Bu da ermənilərin maşını. Bax, bu maşınları sürürdülər onlar. Bu da bizim qəhrəman əsgərlərimizin adları. Öz adlarını yazıblar bu evlərin üzərində. Biləsuvar, Şabran, Sabirabad, Şuşa, Oğuz. Bax, qanunsuz məskunlaşma budur. Bu da ermənilərin növbəti maşınları, baxın”.