XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2016 - 19:16

ABŞ-ın vitse prezidenti əfv fərmanını alqışlayıb –Ağ Evdən açıqlama

ilham bayden

ABŞ-ın vitse-prezidenti Cozef Bayden prezident İlham Əliyevlə görüşündə bu yaxınlarda vətəndaş fəallarının və hüquq müdafiəçilərinin həbsdən buraxılmasını alqışlayıb.

Vitse-prezident Azərbaycanda qanunun aliliyinə və iqtisadi inkişafa nail olunması üçün bu sahədə gələcəkdə də addımların atılmasına çağırıb.

Bu haqda “Turan” Ağ Evin mətbuat xidmətinin sözügedən görüşünün yekunlarına dair məlumatına istinadən xəbər verir. Məlumatda həmçinin tərəflərin təhlükəsizlik, terrorizmə qarşı mübarizə, “Cənub” qaz dəhlizinin reallaşması məsələlərini müzakirə etdikləri bildirilir.

Görüşdə həmçinin, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Cozef Bayden zorakılığın artmasından narahatlığını bildirib və tərəfləri dialoqa çağırıb. O, regionun təhlükəsizliyi və çiçəklənməsi üçün uzunmüddətli nizamlanmanın əhəmiyyətini qeyd edib – deyə Ağ Evin məlumatında bildirilir.

Prezident İlham Əliyev Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün martın 31-də ABŞ-a gedib. Ölkə başçısı ABŞ-ın vitse-prezidenti ilə martın 31-də görüşmüşdü.