XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

25 Dekabr 2020 - 12:43

Erməni terroru nəticəsində ağır xəsarət almış şəxsə sosial dəstək göstərilir –Nazirlik

Erməni terrorundan zərər çəkən həmvətənlərimizdən biri də Bərdə rayon sakini Şirinov Elçin Həvəskar oğludur.

36 yaşlı Elçin erməni faşistlərinin 28 oktyabrda Bərdəyə raket hücumu nəticəsində xəsarət alıb, ayağı amputasiya olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Elçin və ailəsi ilə görüşüblər.

Nazirlikdən verilən məlumata görə, ailə dörd nəfərdən (özü, həyat yoldaşı, 10 və 6 yaşlarında iki uşağı) ibarətdir. Elçinə yaxın günlərdə əlillik təyinatı aparılacaq, sonra isə aylıq sosial ödənişlə təmin olunacaq. Bu barədə ona məlumat verilib.

Həmçinin taksi fəaliyyəti ilə məşğul olmuş Elçinin avtoyuma üzrə özünüməşğulluq proqramına qoşulmaq istəyi nəzərə alınmaqla, növbədənkənar bu proqrama cəlb edilib. Yaxın günlərdə avtoyuma üzrə xidmət sahəsini yaratmaq üçün lazımı avadanlıqlarla təmin olunacaq.