XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Dekabr 2020 - 17:07

Qarabağdan Ermənistana silah-sursat daşıyan 18 nəfər barəsində cinayət işi başlanıb –Milli Təhlükəsizlik Xidməti

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) sentyabrın 27-dən dekabrın 24-dək olan müddətdə Dağlıq Qarabağda müharibədən əldə olunan silah-sursat və partlayıcıların qanunsuz saxlanılması ilə bağlı onlarla fakt aşkarlayıb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

MTX-nın əməliyyatçıları tərəfindən ümumilikdə 4 pulemyot, optik nişangahlı tank əleyhinə qumbaraatanlar, 12 ədəd AK-74, AKM və AKS-74U avtomatları, yüksək dəqiqlikli optik nişangahlı 14 odlu silah, 9 qutu 5.45 mm-lik avtomat patron, 5 qutu 7.62 mm-lik patron, 2 168 ədəd 7.62, 9.18 və 5.45 mm-lik avtomat patronu, 27 güclü partlayıcı, əl bombası üçün 4 fitil, 14 RGD-5 və F-1 qumbaraları götürülüb.

Axtarışlar zamanı tank əleyhinə qumbaraatanların korpusları, TNT kubları, elektrikli partlayıcı qurğular, tapançalar, süngü bıçaqları və digər bir çox hərbi sursatlar da götürülüb.

Ümumilikdə 18 nəfər barəsində cinayət işi başlanılıb, onların arasında saxlanılan və həbs olunanlar var.

İstintaq zamanı silah-sursatların Dağlıq Qarabağın müxtəlif bölgələrindən əldə edilərək Ermənistana gətirildiyi ortaya çıxıb.

Milli Təhlükəsizlik Xidməti vətəndaşları qanunsuz yolla əldə edilmiş silah-sursat və hərbi məhsulları könüllü şəkildə hüquq-mühafizə orqanlarına təhvil verməyə çağırıb. (apa)