XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2016 - 21:36

Obamanın nüvə sammitində çıxışı başladı:"Nüvə təhlükəsizliyi ən yüksək prioritetdir"

Obama

Vaşinqtonda keçirilən nüvə sammitinin “Nüvə təhlükəsizliyini gücləndirmək üçün milli fəaliyyətlər” mövzusunda açılış sessiyasında çıxış edən ABŞ Prezidenti Barak Obama Sammit iştirakçılarını salamlayıb. İlk Sammitin altı il bundan əvvəl Vaşinqtonda keçirildiyini xatırladan Obama həmin vaxtdan dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox işlərin görüldüyünü diqqətə çatdırıb.

ABŞ prezidenti dövlətlərin dünyanın nüvə materiallarının qorunması istiqamətində konkret addımlar atılmasını üzərilərinə öhdəlik götürdüklərini bildirib. Obama ötən dövrdə nüvə təhlükəsizliyi məsələsi ilə bağlı yeni düşüncə tərzinin formalaşdığını və fəaliyyətlərin qəbul edildiyini deyib. Bildirib ki, bu, XXI əsrin heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilmədiyi təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizənin gözəl nümunəsidir.

Obama nüvə təhlükəsizliyinin ən yüksək prioritet olduğunu, bununla bağlı dövlətlərin öz üzərilərinə 250 öhdəlik götürdüyünü və indiyədək bu öhdəliklərin dörddə üçünün yerinə yetirildiyini diqqətə çatdırıb. O, nüvə materiallarının qaçaqmalçılığının qarşısının alınması üçün hazırda daha çox ölkənin əməkdaşlıq qurduğunu, yüzdən artıq dövlətin “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyanı ratifikasiya etdiyini bildirib.

Niderland Krallığının Baş naziri Mark Rütte çıxışında 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın irəli sürdüyü təşəbbüsün nüvə təhlükəsinə qarşı müdafiənin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Baş nazir 2014-cü ildə Haaqada keçirilən Sammitdən sonra nüvə təhlükəsizliyi sahəsində bir sıra irəliləyişlərin olduğunu söylədi. Nüvə təhlükəsizliyinin təmin olunmasının bəşəriyyətin gələcəyi üçün bizim üzərimizə yüksək öhdəlik qoyduğunu deyən Mark Rütte bu sahədə dövlətlər arasında daha sıx əməkdaşlığın əhəmiyyətini vurğuladı(azərtac).