XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2016 - 21:40

Ramil Usubov Sumqayıtda xidmətə qəbulla bağlısıra baxışı keçirəcək

ramil-usubov

 

Aprelin 15-də saat 10:00-da daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Sumqayıt Şəhər Polis İdarəsində sıra baxışı keçiriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, 20-25 yaşlarında, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyənləşdirilmiş normativlər üzrə yoxlanılacaq.

Bununla yanaşı, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.

Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, 20-24 yaşlarında, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Bu tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyənləşdirilmiş təminatlar şamil olunacaq. İctimai asayişin qorunmasında iki il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Ümumilikdə həmin rayon polis orqanlarında vakant olan 8 kiçik rəis heyəti və 150 mülki işçi vəzifələrinə qəbul keçiriləcək. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.