XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

25 Dekabr 2020 - 18:18

Rəsul Quliyevdən Prezident və Birinci vitse-prezidentə dəstək:"Bu, çox güclü təəssürat yaradır"

Parlamentin sabiq sədri, Azərbaycan ənənəvi müxalifətinin mühacirətdə olan liderlərindən biri Rəsul Quliyev Prezident İlham Əliyevin işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına səfərinə dair paylaşım edib.

Strateq.az “AzPolitika.info”-ya  istinadla xəbər verir ki, R.Quliyev ölkə başçısının azad olunan ərazilərin bərpasıyla bağlı fikirlərini dəstəklədiyini yazıb və təklif edib ki, ayrıca Dağlıq Qarabağ administrativ regionu yaradılsın: “Azərbaycanın qətiyyətli Prezidenti və müdrik Birinci vitse-prezidenti Zəngilan və Qubadlı rayonlarına səyahət ediblər. Bu səyahət vaxtı Prezident maşını sürə-sürə ətrafdakı dağıdılmış ərazilərin şərhini vermiş və Qubadlıda çox geniş çıxış etmişdir.

Birincisi, Prezidentin Azərbaycan dilində ona məxsus leksikonu formalaşıb. Və bu, çox güclü təəssürat yaradır.

İkincisi, Prezident viran edilmiş Azərbaycan torpaqlarının necə bərpa ediləcəyini dərindən bilir və insanlarda “Bu işi görəcəkdir” inamı yaradır.

Fikirimcə, Azərbaycanın administrativ inzibatı siyasətində dəyişiklik olmalıdır. DQ administrativ regionu yaradılmalıdır. Bu regionun paytaxtı Şuşa, böyük şəhərləri Laçın və Xankəndi olmalıdır.

Bu ağır və şərəfli işdə uğurlar!”