XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 16:02

XİN-in həbsdə olan iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı –Məhkəmə prosesi

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri – Fərhad Molla-zadə və Səlim Əlizadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Strateq.az Report-a istinadla xəbər verir ki, təqdimatlara hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclaslarda tvəsatət təmin edilib.

Hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv edilib və ev dustaqlığına buraxılıblar.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.