XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 16:51

Nazir XİN-in sabiq əməkdaşına yüksək vəzifə verdi –Energetika Nazirliyində dəyişiklik

Energetika naziri Pərviz Şahbazovun əmri ilə Zeynalov Orxan Namiq oğlu Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri təyin edilib.

Bu barədə Nazirlikdən Strateq.az-a verilən məlumata görə, Orxan Zeynalov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr təhsil pilləsini bitirib. Eyni zamanda, 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb.

2003-2020-ci illər ərzində Xarici İşlər Nazirliyi (XİN) sistemində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2003-2004-cü illərdə XİN-də enerji, nəqliyyat və ətraf mühit üzrə mütəxəssis, 2005-2007-ci illərdə Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyində iqtisadi-ticarət məsələləri üzrə attaşe, 2008-2009-cu illərdə XİN mərkəzi aparatında regional iqtisadi təşkilatlar üzrə məsul əməkdaş, 2010-2012-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyində, həmçinin, ATƏT yanında Daimi Nümayəndəlikdə müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə O.Zeynalov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Enerji, Ətraf Mühit və Minerallar Departamentinin müdiri (D2) vəzifəsinə seçilərək, 2013-2016-cı illər ərzində sözügedən təşkilatda Azərbaycanı təmsil edib.

2018-ci ildə XİN sisteminə bərpa olunaraq, Avropa İttifaqı (Aİ) şöbəsinin müdiri və 2017-ci ilin fevral ayından Aİ-Azərbaycan Yeni İkitərəfli Sazişi üzrə Azərbaycan tərəfdən sektoral danışıqlar qrupunun rəhbəri və baş danışıqçının müavini olub. 2016-2017-ci illərdə “Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri 2018-2020” sənədi üzrə Azərbaycan tərəfindən danışıqlar prosesinin aparılması və sənədin razılaşdırılmasında bilavasitə iştirak edib.

2018-ci ildə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsinə təyinat alaraq, 2020-ci ilin dekabr ayınadək bu vəzifədə çalışıb.

İngilis, rus, türk dillərini sərbəst, alman və fars dillərini orta səviyyədə bilir.