XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2020 - 14:32

Türkiyə Müdafiə naziri:"Türk Silahlı Qüvvələri çox gərgin bir dönəmdən keçir"

“Türkiyə dost və qardaş Azərbaycan, Şimali Kipr, Liviya kimi ölkələrin təhlükəsizliyinə dəstək  üçün köməyini əsirgəməyəcək. Biz başda qonşu ölkələr olmaqla, bütün ölkələrin ərazi bütövlüyünə, siyasi birliyinə sayğı ilə yanaşırıq”.

Bunu Liviyada səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar Liviya Vəzifə Qrup Komandirliyində çıxışı zamanı bildirib.

H.Akar deyib ki, Türkiyə regionda sülh və sabitliyi bərqərar etmək səyləri ilə yanaşı 83 milyon əhalisinin təhlükəsizliyini tam təminatı üçün də bütün qüvvəsi ilə fəaliyyətdədir: “Bunun üçün Türk Silahlı Qüvvələri (TSK) çox gərgin bir dönəmdən keçir. Əsgərlərimiz bütün vəzifələrini şərəflə və böyük bacarıqla yerinə yetirilər. Türkiyənin haqq, hüquq və mənfəətləri üçün bu fəaliyyətləri davam edəcək”.