XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2020 - 15:06

“Ukrayna Beynəlxalq Hava Yolları” Kiyevdən Bakıya aviareysləri bərpa edir –Biletlər artıq satışdadır

Kiyevdən bir sıra şəhərlərə, eləcə də əks istiqamətə aviareyslər həyata keçirən “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti dekabrın 30-dan Kiyevdən Bakıya reysləri bərpa etməyə qərar verib.

Bu barədə şirkətin saytında bildirilib.

Məlumata görə, Ukraynadan Bakıya aviareyslərin biletləri artıq satışdadır.

Bu marşrut üzrə reyslər dekabrın 30-dan başlayaraq hər çərşənbə və bazar günləri Ukrayna paytaxtından, hər bazar ertəsi və cümə axşamı isə Azərbaycan paytaxtından həyata keçiriləcək. /Report