XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

28 Dekabr 2020 - 10:46

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkar edilib –FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər-kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini  Fuad Abdullayev və müştərilər Polis Şöbəsinə gətiriliblər.

Onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.