XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 11:07

Universitetdə aksiya – Tələbələr rektorun qərarına qarşı çıxdılar

Bakı Slavyan Universitetinin tələbələri etiraz aksiyası keçiriblər.

Strateq.az Aznews.az-a istinadən xəbər verir ki, universitetin 4-cü kurs tələbələri hazırda əsas korpusun qarşısında yığışaraq rəhbərliyə etiraz ediblər.

Məlumata görə, aksiyanın səbəbi universitet rəhbərliyinin tələbələrə məzun günü keçirməyə icazə verməməsidir. Universiteti bitirən tələbələr məzun günü keçirmələri üçün icazə tələb ediblər.
Universitetin mətbuat xidmətinin rəhbəri Adil Əliyev sayta açıqlamasında hazırda universitetdə sakitlik olduğunu deyib: “Tələbələrə məzun günü keçirməyə icazə verilib. Sadəcə olaraq təntənəli konsert proqramı olmayacaq. Bu da Bakıda baş verən yanğın hadisəsi ilə əlaqədardır”.
Məlumat üçün bildirək ki, mayın 19-da Binəqədidə yaşayış binasının yanması ilə əlaqədar bir çox universitetlərdə “məzun günü” konsertləri ləğv edilib.