XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Dekabr 2020 - 15:16

Spiker:“Prezident tərəfindən Milli Məclisə çox vacib iki yeni qanun layihəsi göndərilib"

“Prezident tərəfindən Milli Məclisə iki yeni qanun layihəsi göndərilib. Çox vacib layihələrdir və təxirə salınmadan qəbul edilməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Qeyd edək ki, bunlar Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir (birinci oxunuş)/APA.