XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

29 Dekabr 2020 - 15:26

“Hizbullah” rəhbəri təsdiqlədi:“Mərhum Süleymani Putinlə Moskvada görüşmüşdü”

“Qasim Süleymani Putinlə görüşmüşdü”.

Strateq.az “əl-Məyadin”-ə istinadla xəbər verir ki, bunu xəbər şəbəkəsinə geniş müsahibəsində Livanın “Hizbullah” hərəkatının rəhbəri Şeyx Həsən Nəsrullah bildirib.

Beləliklə, İnqilab Keşikçiləri Korpusunun (İİKK) “Qüds” qüvvələrinin keçmiş komandanı Qasim Süleymaninin Rusiya prezidenti ilə məxfi görüşü barədə iddialar bir daha təsdiqlənib.

Həsən Nəsrullah vurğulayıb: “Əvvəlcə Rusiyanın Suriya dair mövqeyi siyasi idi. Əlbəttə, ruslar da rəsmi Dəməşqə kəşfiyyat və maddi-texniki dəstək verirdilər, lakin o vaxtlar münaqişədə birbaşa iştirakı yox idi. Suriya müharibəsinin bir neçə ölçüsü var idi. Vəziyyət elə idi ki, Rusiya müharibəyə girməsəydi, bu böhranın həlli prosesi indikindən daha uzun olardı. Şübhəsiz, Rusiya tərəddüd edirdi, çünki bölgədə möhkəm bazası yox idi. Bununla bağlı xüsusi narahatlıqları vardı və bu məsələdə zərər görəcəklərini düşünürdülər. Belə bir şəraitdə, siyasi danışıqlar cənab Putini inandıra bilmədi və hərbi əməliyyatlara bel bağlamaq lazım idi. Buna görə də, Hacı Qasim Moskvaya getdi və bəzi rus təhlükəsizlik generallarının iştirakı ilə Putinlə 2 saat söhbət etdi”.

Daha sonra “Hizbullah” lideri 2015-ci ildə baş tutmuş görüşün nəticəsini açıqlayıb: “Hacı Qasim özü mənə planını açıqladı, ruslara harada olduğumuzu, müxalifət ünsürlərin əsasən harada yerləşdiyini və bu baxımdan güclü və zəif cəhətləri izah edib. O, cənab Putinin qarşısına qoyduğu plana əsaslanaraq vəziyyəti nəzəri, texniki və hərbi baxımdan təsvirini verib. Həmin görüşdə cənab Putin deyib ki, cənab Süleymani, məni inandıra bildiniz. Rusiyanın Suriyadakı varlığı, əlbəttə ki, Suriyanın istəyi ilədir. Düşünürəm ki, onlar da bunu istəyir və buna hazır idilər”.